Tutun ağı da qarası da insan orqanizmi üçün əvəzedilməz meyvədir.
Medicina.az xəbər verir ki, hər gün bir ovuc tut yeməyin mühüm faydaları mövcuddur.
Bəs tutun insana hansı təsirləri var?
Xolesterolu azaldır - Tut kimi qidalar bağırsaq hərəkətlərini nizamlayaraq həzm edilən qidaların uzun müddət bağırsaqda qalmasını və zərərli maddələrin geri sovrulmasının qarşısını alır. Bundan başqa yağın bağırsaqdan geri sovrulmasının qarşısını alaraq xolesterol miqdarını azaldır.
İmmunitet sistemini gücləndirir - C vitamini orqanizmi ziyanlı mikro orqanizmlərə və kanserogenlərə qarşı qoruyan ən önəmli və ən güclü antioksidantlardan biridir. Bir ovuc tut gündəlik C vitamini qəbuluna dəstəkdir. İmmunitet sistemini gücləndirir.
Qanı artırır - Tutun tərkibindəki dəmir qırmızı qan hüceyrələrini artırır. Qırmızı qan hüceyrələri isə toxuma və orqanların oksigenlə təminatını artırır, maddələr mübadiləsini sürətləndirir.
Gündəlik 1 pors tut qəbul etmək orqanizmin lif ehtiyacının 10%-ini təmin edir. Bu isə həzmə kömək edir, qidaların bağırsaqdan keçməsini sürətləndirir, bağırsaq hərəkətlərini normaya salır. Bununla da qəbz və qaz probleminin qarşısını almağa kömək edir.
Sümükləri gücləndirir - Tutun tərkibində kalisum, dəmir, fosfor, maqnezium maddələri var. Bu maddələr sümük toxumasının yaranması və qorunması üçün faydalıdır. Yaş artdıqca güclü sümüyə sahib olmaq, sümük probleminin qarşısını almaq, osteoporoz və digər sümük problemlərinin qarşısını almaq üçün gündə 1 ovuc tut yemək lazımdır.