Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün bir ovuc badam bu ağır xəstəlikdən - qoruyur

  • 2022.10.19 14:46
  • 3333 Baxış
Hər gün bir ovuc badam bu ağır xəstəlikdən    - qoruyur


Londonun Kral kollecinin alimləri badamla bağlı tədqiqat aparıb.

"Medicina" xəbər verir ki, onlar müntəzəm olaraq badam yeyilməsinin bağırsaq xərçəngindən qoruduğunu deyib.

"Sübut olunub ki, badamın həzmi zamanı orqanizmdə ayrılan butirat faydalı yağ turşusudur.

O, bağırsaq xərçəngindən effektiv müdafiə təsiri verir" - deyə professor Kevin Uilan bildirib.

Butirat həm də bağırsaq mikroflorasını yaxşılaşdırır.

Bu turşunun molekulları yoğun bağırsaq hüceyrələri üçün yanacaq və enerjidir. Onlar immun sistemi balanslaşdırır.
Xərçəngdən qorunmaq üçün hər gün ən azı 30 qram təmiz badam yemək lazımdır.

Hazırda bağırsaq xərçəngi oturaq həyat və pis qidalanma səbəbindən dünyada lider xəstəlikdir.

Aygün Musayeva