Endokrinoloq yoda olan tələbatı ödəmək üçün asan yolu açıqlayıb.
Bakupost.az xəbər verir ki, Moskvanın baş endokrinoloqu Mixail Anfiserov qalxanvari vəzi qorumaq üçün sutkalıq yod tələbini ödəməyin vacibliyini bildirib.
Gündə bir çay qaşığı miqdarında yodlaşdırılmış təmiz duz yod dozasını verir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, 7-12 yaş arası uşaqlar üçün sutkalıq yod tələbi 120 mkq, yeniyetmə, gənclər və böyüklər üçün 150 mkq-dır. Hamilə və südverənlər isə 250 mkq qəbul etməlidir.
Kütləvi defisitin qarşısını almaq üçün daimi olaraq, hər gün yodlaşdırılmış duz qəbul olunmalıdır. Bu 5 qram edir.
Yod defisitinin bədəndə erkən əlaməti qalxanvari vəzin böyüməsi ilə zobda özünü göstərir. Artıq 20 yaşdan zob əmələ gələ bilər.
Yaşlandıqca yod çatışmazlığı çoxsaylı düyünlərə, zəhərli zoba və bədxassəli şişə çevrilir. Yod çatışmazlığı ürək xəstəliklərinə səbəb olur.
Hamilə qadında yod çatışmazlığı uşağın əqli potensialını 10-15% geri salır. İQ səviyyəsini azaldır. İQ dərəcəsi 70-dən aşağı olan uşaq məktəb tədrisini qavraya bilmir. Uşaq doğulandan sonra nə qədər yod versəniz də bu geriliyi bərpa etmək olmur.