Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün bir alma yesək nə baş verər?

  • 2023.04.27 14:28
  • 1577 Baxış
 Hər gün bir alma yesək nə baş verər?
Alimlər almanın hər gün yedikdə müalicəvi təsirini aşkar ediblər.

“Medicina” xəbər verir ki, Pensilvaniya Universitetinin (ABŞ) alimləri almanın tərkibində artıq çəkidən qurtulmağa, demensiya və ya Alzheymer xəstəliyi riskini azaltmağa imkan verən maddələr tapıblar.


Həkim diyetoloq Yelena Solomotinanın sözlərinə görə, almanın bədəndə kifayət qədər konsentrasiyası 2-ci tip diabetin inkişafına mane olur. Bu xəstəliyin inkişaf riski ən azı 18% azalır. Almada həmçinin, ən güclü antioksidantlardan biri olan, beyni neyrodegenerativ xəstəliklərdən qoruyan bir antioksidant var.

Almanın qabıqlı halda yeyilməsi daha məsləhətdir. Belə ki, onun tərkibində olan əsas vitamin və minerallar qabığında toplanır. Bu meyvə tərkibindəki antioksidant sayəsində ağciyərlərin funksiyasını tənzimləyir, diabet riskini azaldır, beyni gücləndirir, qanı təmizləyir, ürəyi və dişləri qoruyur, bədəni enerji ilə təmin edir.

Hər gün bir alma yemək infarkt riskini 24 faiz azaldır. Alma sakitləşdirici, yuxugətirici effektə malikdir. Onu ürək və baş ağrıları zamanı yeyəndə ağrıkəsici təsir göstərə bilər.

Quru alma nəfəs darlığı və ürək xəstəliklərindən qoruyur və bədəndə zərərli maddələrin xaric olunmasına kömək edir. Lifli olduğuna görə bağırsaqları təmizləyir, qaraciyər, revmatizm və şəkərli diabet zamanı da istifadə edilir.

Alma qurusunun dəmləməsi ürək və həzm sistemi xəstəlikləri zamanı faydalı təsir göstərir.

Günay Quliyeva