Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün bir alma yeməyin 10 FAYDASI

  • 2025.04.11 08:59
  • 473 Baxış
Hər gün bir alma yeməyin  10 FAYDASI

Alma tərkibindəki vitaminlər, minerallar və liflər sayəsində bədənimizi dəstəkləyir və bir çox xəstəliyə qarşı qoruyur.

Medicina.az hər gün alma yeməyin 10 faydasını təqdim edir:

İmmuniteti gücləndirir

Alma C vitamini ilə zəngin olduğu üçün orqanizmi xəstəliklərdən qoruyur.

Həzm sistemini dəstəkləyir

Liflə zəngin olan alma bağırsaqların nizamlı işləməsinə kömək edir və qəbizliyin qarşısını alır.

Ürək sağlamlığını qoruyur

Tərkibindəki antioksidantlar və lif sayəsində xolesterinin aşağı düşməsinə kömək edir və ürək-damar xəstəliklərindən qoruyur.

Çəki nəzarətində kömək edir

Aşağı kalorili, lakin doyurucu meyvədir. Pəhriz saxlayanlar üçün ideal qəlyanaltıdır.

Qan şəkərini balanslaşdırır

Almanın tərkibindəki təbii şəkər qan şəkərinin səviyyəsini sürətlə artırmır, çünki onların glisemik indeksi aşağıdır.

Ağız və diş sağlamlığını dəstəkləyir

Alma çeynəmək ağızda tüpürcəyi artıraraq dişləri çürüməyə qarşı qoruyur.

Beyin sağlamlığını qoruyur

Antioksidant xüsusiyyətləri sayəsində beyin funksiyalarını dəstəkləyə və Alzheimer riskini azalda bilər.



Dəri sağlamlığı

Almanın tərkibindəki vitaminlər və antioksidantlar dərinin daha parlaq və sağlam görünməsinə kömək edir.

Xərçəng riskini azalda bilər

Flavonoidlər, xüsusilə qabığında olanlar, bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə bilər.

Enerji verir

Tərkibindəki təbii şəkər və vitaminlər sayəsində gün ərzində enerjinizi artıra bilər.

Aygün
Medicina.az