Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün azı 5 stəkan su içməyə - 5 səbəb

  • 2023.07.11 11:07
  • 3997 Baxış
Hər gün azı 5 stəkan su içməyə  - 5 səbəb
Susuz bir insan 3 gündən artıq yaşaya bilməz. Amma az su içməklə insan ölməz, lakin elə yaşayar ki, sağlamlığı təhlükə altında olar.


Orqanizmdə su defisitinə dehidratasiya deyilir. İnsan gəncdirsə, fiziki aktivdirsə, xəstədirsə, hava istidirsə, idmanla məşğul olursa, onun suya tələbatı 2 dəfə artır.

“Medicina” gündə azı 5 stəkan su içməyə vərdiş etməyə 5 əsaslı səbəbi təqdim edir:

1. Su arıqlamağa və ya çəkini saxlamağa kömək edir – Dietalarda yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan su içmək mədəni tez doyurur, metobolizm sürətlənir. Susuz adamlar çox acıyır.

2. Yorğunluqla mübarizə aparır – duz və minerallarla zəngin su yorğunluq və tükənmənin qarşısını alır.

3. Xərçəngin bir çox növlərinin qarşısını alır – nə qədər az su içsənir, sidik kisə, süd vəzi, prostat xərçəngi riski artır.

4. Bİr stəkan yaxşı su əhvalı yaxşılaşdırır. Susuzlaşma beyinə və əhvala pis təsir edir.

5. Baş ağrısının dərmanıdır – su yetməzliyi miqreni oyadır. Əgər başınız ağrıyırsa, 2 fincan isti su için.

Aygün Musayeva