Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün avokado yedikdə görün orqanizmdə nələr baş verir

  • 2024.07.22 18:36
  • 878 Baxış
Hər gün avokado yedikdə görün orqanizmdə  nələr baş verir
Yeni bir araşdırma, hər gün bir avokado yeməyin yuxu və qidalanma keyfiyyətini yaxşılaşdırdığını üzə çıxarıb.

Medicina.az xəbər verir ki, bu barədə Penn State Universitetinin tədqiqatçısı Dr. Janhavi J. Damani açıqlama verib.

“Əvvəlki araşdırmalardan bilirik ki, avokado istehlakı ürək-damar xəstəlikləri riskini azaldır”, - deyə araşdırmaçı qeyd edib.

Onun sözlərinə görə, bu yaxınlarda Çikaqoda keçirilən konfransda təqdim edilən araşdırma avokado ilə bağlı əvvəlki araşdırmalara əsaslanır. Burada meyvənin bədən çəkisinə mənfi təsir etmədən ümumi xolesterini və LDL-C-ni azaltmaqla ürək-damar risk faktorlarını yaxşılaşdıra biləcəyi göstərilir.

Cari araşdırma üçün tədqiqatçılar bir qrupa 6 ay ərzində gündə bir ədəd avokado istehlak etməyi tapşırıb. Digər qrupun üzvləri tipik pəhrizlərinə davam edərkən ayda ikidən az avokado yeyiblər. 1000-dən çox iştirakçını əhatə edən araşdırma zamanı iştrikaçıların pəhriz keyfiyyəti, qan şəkəri, qan təzyiqi, BMI, qan lipidləri, fiziki fəaliyyət və yuxu sağlamlığı da qiymətləndirilib.

Avokado istehlak etməyənlərdə ürək-damar sağlamlığı ilə bağlı balların azaldığını, lakin bu tendensiyanın avokado yeyənlərdə baş vermədiyi anlaşılıb.

Hər gün avokado istehlak edən insanların yuxu keyfiyyəti və xolesterol səviyyələri yaxşılaşıb.

Araşdırmanın müəyyən qidalar ilə ürək-damar sağlamlığı arasındakı əlaqəyə dair əlavə tədqiqatlara səbəb olacağı düşünülür.


Aysel