Son illər aspirinin insan orqanizminə müsbət təsiri barədə silsilə araşdırmalar aparılır. Tibb mütəxəssisləri hər gün aspirin qəbul etməyin insult, ürək tutması, bağırsaq xərçəngi, prostat xərçəngi və Alsgeymer xəstəliyinin qarşısını almaq üçün effektini təsdiqləyib.
Aspirinin iltihab əleyhinə və qan durulducu təsiri onu əvəzsiz edir.
Lakin hər gün aspirin qəbulu ağır mədə-bağırsaq xəstəliyi və xoralar olanlara məsləhət deyil.
Aspirin yüksək hərarəti salır, tromb əmələ gəlməsinin qarşısını alır, ağrıkəsir.
O, çiklooksigenaza ilə birləşərək, damarları daraldan prostaqlandların sintezini azaldır.
Tromboksonlar qan təzyiqini artırır, tromb əmələ gətirir. Gündəlik aspirin dozası bu hormonun ifrazını blok edir, təzyiqi aşağı salır, qan laxtalanmasını əngəlləyir.
Amerikada yoğun bağırsaq xərçəngi xəstələri üzərində aparılmış tədqiqat göstərdi ki, aspirin qəbul edənlərin yaşama faizi daha çoxdur, nəinki qəbul etməyənlər.
Aspirin qəbul edən yaşlı insanlarda 40% Alsgeymer xəstəliyinin yaranması azalır. Bunun səbəbi aspirinin baş beyinə gedən qan dövranını yaxşılaşdırmasıdır.
50 yaşından sonra hər kəs gündəlik aspirin dozasını almalıdır.