Azərbaycanda düyünü çox sevirlər. Süfrələrin bəzəyi plov ağ düyüdür, ağ düyü isə yüksək qlikemik indeksi olan məhsuldur.
"Medicina" xəbər verir ki, diyetoloq Loren Manaker düyünün müntəzəm yeyilməsinin zərərini açıqlayıb.
Ağ düyü digər yarmalara nisbətən az qidalandırıcıdır, o boş kalori, çox pis karbohidratdır.
Amma yarma, eləcə də düyü orqanizm üçün yanacaq rolunu oynayır. Düyünün keyfiyyətli sortları B qrup vitaminləri ilə zəngindir, bu da enerji deməkdir.
Eləcə də düyüdə marqans var. Amma ağ düyüdə çox miqdarda mərgümüş maddəsi var, bu da orqanizmdə civə kimi yığılır və zərərlidir.
Çox düyü yeyənlərdə metobolik sindrom və diabet yarana bilər".