Bir ədəd bolqar bibərində 5 portağalda olduğu qədər C vitamini var.
Medicina.az xəbər verir ki, alimlər C vitamini defisiti ilə depressiya və koqnitiv pozuntular arasında əlaqə olduğunu aşkarlayıblar.
C vitamini həm də immunitetin açarıdır.
Əqli funksiyalar C vitamini olmadan zəifləyir.
Ona görə hər gün 2 ədəd bolqar bibəri yemək kifayətdir ki, sutkalıq C vitamini dozası alınsın.
Eləcə də bu bibərdə immunitet üçün digər vacib A vitamini də çoxdur. A vitamini insanı infeksion xəstəlik, viruslardan qoruyur.
Şirin bibər ruhi sağlamlıq, əhval-ruhiyyə üçün vacibdir. Çünki o B6 vitamini ilə zəngindir. Bol
Bolqar bibəri real olaraq depressiyanı azalda bilər.
Qırmızı bolqar bibərində kapsantin maddəsi var, o çili bibərində də olur. Bu maddə piyləri yandırmağa və arıqlamağa kömək edir.
Eləcə də bibər qanda şəkəri salır, xolesterini azaldır, deməli, şəkər və təzyiq xəstələri üçün də vacibdir.