Zəncəfil və zəncəfil tozu həzmdən tutmuş immunitet sisteminə qədər bir çox faydaları var. Hər gün bir çay qaşığı zəncəfil tozu maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir və eyni zamanda ağrıkəsici təsir göstərir.
Təzə zəncəfil, yoxsa zəncəfil tozu?
Təzə zəncəfil bir çox insan tərəfindən seçilsə də, zəncəfil tozu daha uzun saxlama müddəti və sıx qida tərkibinə görə praktik bir alternativ olaraq önə çıxır. Gündə bir çay qaşığı zəncəfil tozu həzmdən tutmuş immunitetə qədər bir çox faydaları var. Gingerol adlanan aktiv tərkib, ürəkbulanmanı aradan qaldırmaqdan qan şəkərini normala salmağa və beyin sağlamlığını dəstəkləməyə qədər müsbət təsirləri var.
Həzm sistemino dəstəkləyir
Həm təzə, həm də toz zəncəfil həzm sisteminin işləməsinə kömək edir.Xüsusilə həzmsizlik, şişkinlik və ürəkbulanma kimi problemləri olanlar zəncəfil tozu ilə tez bir zamanda rahatlaya bilərlər. Ağır yeməklərdən sonra bir çay qaşığı zəncəfil tozunun qəbulu həzm problemlərinin qarşısını almaq üçün təsirli bir üsuldur.
İmmuniteti gücləndirir
Zəncəfil tozu çayınıza və ya yeməklərinizə əlavə etdiyiniz zaman bədəninizi yüksək dozada antioksidantlarla təmin edir. Xüsusilə qrip və soyuqdəyməyə qarşı zəncəfil tozu çox faydalıdır.
Ağrıkəsici və iltihab əleyhinə xüsusiyyətlər
Zəncəfil təbii antiinflamatuar xüsusiyyətləri ilə tanınır. Əzələ ağrıları, artrit və ya xroniki ağrılar üçün müntəzəm olaraq zəncəfil tozunu qəbul etmək ağrıları aradan qaldırmaqda təsirlidir. 2009-cu ildə edilən bir araşdırma zəncəfil tozunun əzələ ağrısını azaltdığını göstərdi.
Arıqlamağı dəstəkləyir
Zəncəfil tozu maddələr mübadiləsini gücləndirir. Səhər çayınıza əlavə edilən bir çay qaşığı zəncəfil tozu həm yağları yandırır, həm də enerjini artırır. 2015-ci ildə aparılan bir araşdırma göstərdi ki, zəncəfil yağ yandırmağa kömək edir və termogen effektlər yaradaraq maddələr mübadiləsini yaxşılaşdırır.
Zəncəfil tozunu pəhrizinizə daxil edin:
İsti suya bir çay qaşığı zəncəfil tozu əlavə edərək çay hazırlamaq günə enerjili başlamanıza kömək edə bilər.
Meyvələrinizə bir çimdik zəncəfil tozu əlavə edərək qida dəyərini artıra və xoş ətir əlavə edə bilərsiniz.
Şorba və ya yeməklərinizə əlavə edilən bir çay qaşığı zəncəfil tozu ləzzəti artıracaq və həmçinin sağlamlığınıza töhfə verəcək.
Zəncəfil tozu peçenye və tortlar kimi desertlərə unikal dad verir.
Aygün Nəbiyeva
Medicina.az