Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər əl yuma və duşdan sonra istifadə edilməlidir! - Mütəxəssisdən xəbərdarlıq

  • 2025.01.31 14:01
  • 409 Baxış
Hər əl yuma və duşdan sonra istifadə edilməlidir! -  Mütəxəssisdən xəbərdarlıq

Soyuq qış günlərində dərinizin sağlamlığını qorumaq üçün qulluq rejimi tətbiq etmək lazımdır.



Medicina.az xəbər verir ki, türkiyəli dermatoloq dr. Caner Demircan qış aylarında dərinin nəm balansını qorumağın və düzgün məhsullardan istifadə etməyin vacibliyinə diqqət çəkib.

Soyuq havanın təsiri ilə dəridə su itkisinin arta biləcəyini ifadə edən Demircan, “Bütün bunlar quruluq, qaşınma, qızartı və çatlama kimi dəri problemlərinə səbəb ola bilər. Eyni şəkildə, qapalı məkanlarda kondisionerlər və ya radiatorlar tərəfindən verilən istilik havanın qurumasına və beləliklə də oxşar şikayətlərə səbəb ola bilər. Bütün bu problemlərin qarşısının alınmasında dərinin nəmlik balansının saxlanması əsas şərtdir. Qış aylarında nəmləndiricilərdən istifadə edilməlidir", - deyə bildirib.

Mütəxəssis bir sıra tövsiyələr də verib:

Nəmləndirmək mütləqdir: Hər əl yuma və duşdan sonra dəri tipinizə uyğun nəmləndirici istifadə etməyi unutmayın. Su əsaslı və ya yağ əsaslı məhsulları seçə bilərsiniz.

İlıq suya üstünlük verin: İsti su dərini daha tez quruda bilər. İlıq su ilə qısa duş qəbul edərək dərinizin nəm itkisini azalda bilərsiniz.

Zərif təmizləyicilərdən istifadə edin: Sərt sabunlar əvəzinə yumşaq formulları seçin.

Dodaq və əllərə qulluq vacibdir: Dodaqlar və əllər soyuq havalardan daha çox təsirlənir. Mütəmadi olaraq nəmləndirin və əllərinizi qorumaq üçün əlcək taxın.




Dərinizin tipinə uyğun məhsulları seçin

"Yay və ya qış olmasından asılı olmayaraq günəşdən qorunmaq vacibdir. Dərinizin tipinə uyğun SPF 30 və daha yuxarı olan su əsaslı və ya yağ əsaslı günəşdən qoruyucu vasitələrdən istifadə etməklə dərinizə zərər verən UV şüalarından qoruya bilərsiniz. Qış tətilində dağlara çıxmağı planlaşdırırsınızsa, günəşə daha diqqətli olmalısınız. Dağ hündürlüyü artdıqca ultrabənövşəyi şüalar da artır, ona görə də günəşdən qoruyucu kremlərdən və eynəklərdən istifadə etmək çox vacibdir.

Qış dərimiz üçün çətin olsa da, düzgün qulluq və qoruma ilə bu çətinliklərin öhdəsindən gələ bilərik. Kiçik tədbirlərlə dərimizi sağlam saxlamaq mümkündür."

Aygün
Medicina.az