Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər dərdə dəva - Dəri üçün xüsusi MASKALARZƏNCƏFİL

  • 2017.11.25 14:14
  • 38650 Baxış
Hər dərdə dəva  - Dəri üçün xüsusi MASKALAR ZƏNCƏFİL
Zəncəfil hər dərdə dəva desək yanılmarıq. O, antiseptik, antioksidant, sakitləşdirici xassələrə malikdir. O çox faydalı ədviyyat olduğu içkilərə, xörəklərə əlavə edilir.


Orqanizmə bu qədər faydalı olan bitki quru dərilər üçün də əvəzsiz faydalıdır. Zəncəfil bütün tip dərilər üçun istifadə oluna bilər.


Zəncəfil dərini yandıra bilər, buna görə onu təmiz halda dəriyə çəkmək olmaz.


Yağlı dəri üçün maska:


1çay qaşığı xırdalanmış (sürtkəcdən keçirilmiş) zəncəfil,1 çay qaşığı çobanyastığı dəmləməsi və ya bir neçə damcı limon şirəsi, 1 xörək qaşığı ağ gil yağı.

 

Problemli dəri üçün maska: Bu maska dərini qurudur, bakteriyaları öldürür, dərinin qıcıqlanmasını aradan götürür.


1 çay qaşığı zəncəfil, 1 çay qaşığı tünd yaşıl çay.


Ağardıcı maska:  Piqment ləkələrini ağardır, üzün rəngini hamarlaşdırır.


1 çay qaşığı zəncəfil, hər hansı sitruslu efir yağı, 1 çay qaşığı cəfəri dəmləməsi.


Baş dərisi üçün maska: tüklərin çıxmasına kömək edir, saçı kəpəkdən təmizləyir, ona parlaqlıq verir.

Massay üçün krem: antisellülitli dərini dartır, portaqal dərini aradan qaldırır:


2 xörək qaşıgı zəncəfil, 1 xörək qaşığı portaqal şirəsi, 100qr zeytun yağı, 2 xörək qaşığı dəniz duzu və ya qəhvəyi şəkər.

Üz üçün maskalar 20 dəqiqə saxlanılır, saç üçün maska 40-50 dəqiqə başda müşəmbə altında saxlanılır.