Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər ay milyonlarla insan kovidə yoluxur - ÜST pandemiyanın davam etdiyini bildirdi

  • 2022.10.07 14:54
  • 1518 Baxış
Hər ay milyonlarla insan kovidə yoluxur   - ÜST pandemiyanın davam etdiyini bildirdi

Həftə ərzində sentyabrın 26-dan oktyabrın 2-nə kimi dünyada koronavirus infeksiyasına 2,9 milyondan çox insan yoluxub, 8,3 mindən çox insan ölüb.



"Medicina" xəbər verir ki, ÜST yoluxma və ölümdə ümumi azalma müşahidə etsə də, hələ də ayda 6-7 min insanın məhz kovidə görə həyatını itirdiyini qeyd edib.


Xəstəliklə bağlı yoluxma hallarında əhəmiyyətli azalma Afrika (32 faiz) və Qərbi-Sakit Okean regionunda (22 faiz) qeydə alınıb. Eyni zamanda bu göstərici Avropada artıb (8 faiz). Ölüm hallarının sayı Avropa (17 faiz) və Amerika (2 faiz) da daxil olmaqla, ÜST-nin bütün altı regionunda əhəmiyyətli dərəcədə azalıb.



Almaniya həftə ərzində ən çox - 400 214 yoluxma halı barədə məlumat verib. Ondan sonra ABŞ (312 125), Yaponiya (306 958), Çin (303 092) və Fransa (264 889) yer alıblar. ABŞ-da yeddi gün ərzində ən çox - 2 728 ölüm halı qeydə alınıb. Daha sonra Rusiya (711), Yaponiya (563), Çin (368) və Braziliya (286) qərarlaşıb, informasiya bülletenində qeyd olunur.



ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, "Avropada bir neçə ölkə COVID-19-a yoluxma halları, xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayında artım barədə məlumat verib".

“Bu gözlənilməli idi, çünki hava soyuyur və insanlar birlikdə bağlı yerlərdə daha çox vaxt keçirirlər, ölkələrin əksəriyyəti isə virusun məhdudlaşdırılması ilə bağlı artıq tədbir görmür". " Biz COVID-19-la bağlı yoluxma hallarında artım gözləyirik", - deyə ÜST-nin baş direktoru bildirib. Onun sözlərinə görə, “omikron” indi dünyada koronavirusun üstünlük təşkil edən variantıdır və ÜST tərəfdaşları ilə birgə onun 300-dən çox altnövünü izləyir".

Aygün Musayeva