Hər il 28 iyul dünyada hepatitlə mübarizə günü kimi qeyd edilir. Bu gün tibbdə ilk dəfə hepatit B virusunu kəşf etmiş, Nobel mükafatı laureate Barux Blumberqin doğum günü şərəfinə seçilib.
Medicina.az xəbər verir ki, infeksion xəstəliklər qrupuna aid olan virus hepatitləri – A, B, C, D, E növlərində olmaqla, qaraciyərin kəskin və xroniki xəstəliyidir.
Bu virus o qədər çox yayılır ki, hər il dünyada 1,5 milyon insanın ölümünə səbəb olur.
Səssiz qatil adlandırılan hepatitlərin 2 növü daha ağır hesab edilir. B və C.
Hazırda B hepatitin peyvəndi var, amma müalicəsi yoxdur. Hepatit C isə müalicəsi var, peyvəndi yoxdur.
Dünya Səhiyyə Təşkilatı bu günlə bağlı insanları hepatitlərə yoluxmamaq üçün bunlara diqqət yetirməyə çağırır:
-Profilaktik tədbirlər görmək, vaxtaşırı hepatitə görə skrininqlərdən keçmək, qanda hepatit analizi, hepatitn törədə biləcəyi yanaşı xəstəlikləri diqqətdə saxlamaq
-Hepatit B peyvəndinin əhatə dairəsinin genişləndirilməsi, immunlaşdırma proqramlarının təşkili
-Virus hepatitlərinin yoluxma yollarını minimuma endirmək
-
Hepatit barədə bunları bilməlisiz:
- Hepatit bəzən özü sağalır, bu insanın immunitetindən, peyvənd olunmasından, qaraciyərinin vəziyyətindən asılıdır.
- Sağalmadıqda və müalicə olunmadıqda qaraciyərdə fibroz, sirroz və xərçəngə kimi gətirib çıxarır.
- Ən yüngül forması olan A və E hepatitləri çirkli su, zərərli və çirkli qida ilə keçir.
- B, C, D isə virusa yoluxmuş şəxslə parenteral kontaktdan keçir: xəstənin ağız suyu, qanı, xəstə şəxslə cinsi əlaqə və s.
Hepatitlər bu yollarla yayılır:
-Qan köçürmə
-Narkomaniya
-Artıq virusa yoluxmuş tibbi ləvazimatlarla əməliyyat, invaziv müdaxilə, stomatoloji prosedurlar
-Mankur, pedikur, tatu
-Doğum zamanı anadan dölə
-Cinsi əlaqə zamanı sperma ilə
Əgər bir ailədə ata, ana, nənə, baba və s. hepatit xəstəsidirsə, o ailədəki uşaqlar təhlükə altında qismən də olsa olurlar.
-