Dünyanın 40 ölkəsində 18,500 nəfər müxtəlif yaş qadınlar arasında aparılmış sorğu göstərib ki, hər 3 qadından biri sinəsindən narazıdır. Qadınların 48%-i süd vəzisinin ölçüsünü böyütdürmək istəyir, 26% əlsinə, kiçiltmək arzusundadır. Yalnız 28% qadın sahib olduqları ilə barışır.
Medicina.az xəbər verir ki, Anglia Universitetinin alimləri hansı ölkələrin qadınlarının süd vəzilərindən daha çox narazı olduğunu açıqlayıb.
Belə ki, ilk üçlükdə lider ölkələr Misir, Çin və Yaponiyadır. Burada qadınların 90%-i süd vəzisinin təbii görünüşündən narazıdır və böyütmə plastik əməliyyatları rekord qırır. Daha sonra ABŞ, İngiltərə, Ərəb ölkələri, Tailand gəlir.
Kolimbiyada isə qadınların böyük qismi süd vəzilərinə qarşı mənfi fikirdə olmayıblar.
Həkimlər bildirir ki, öz sinəsindən narazılıq bu qadınlarda süd vəzi xəstəliklərinin gec aşkarlanmasına səbəb olur. Çünki onlar güzgüdə sinələrinə baxmır, bundan qaçır, eləcə də özləri toxumaları əlləyib düyün və bərkimələrə diqqət yetirmirlər. Ona görə bu qadınlarda süd vəzi şişləri ağır mərhələdə aşkarlanır.
Hazırda hər 9 qadından birinin süd vəzi xərçəngindən əziyyət çəkdiyini nəzərə alsaq, indiki durumda qadınlar süd vəziləri necə olursa olsun onları müayinə etməli, baxmalıdırlar.