Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər 3 nəfərdən birində ALT, AST yüksəlib - Hepatoloqlardan SOS

  • 2022.10.03 15:23
  • 3195 Baxış
Hər 3 nəfərdən birində ALT, AST yüksəlib  - Hepatoloqlardan SOS

Qaracyər ağrı verməyən lal orqandır. Onun sinir ucları yoxdur, ona görə xəstəlik zamanı ağrı siqnalı ötürmür.


"Medicina" xəbər verir ki, hepatoloqlar son zamanlar 35-45 yaş kişilərdə qaraciyər göstəricilərinin ALT və AST-nin normadan çıxdığını vurğulayıb.


"Qaraciyərdə hər hansı dəyişiklik olub olmamasını yalnız analizlər göstərə bilər.

Alkoqol içən, fast-fud yeyənlər, hepatiti olanlar, yağlı qidalananlar, toksiki işdə çalışanlar hər il qaraciyəri yoxlatmalıdır.

Bu orqanın işində pozulmalar fermentlərin biokimtəvi müayinəsində üzə çıxır. Qanda ALT, ATS yüksəlibsə, bu qaraciyər toxumasının zədələnməsini göstərir.

Son zamanlar təsadüfi yoxlamalar zamanı laboratoriya analizlərində 25-30-35 yaşlı kişilərdə hər 3 nəfərdən birində ALT, AST artması görülür. Bundan onların xəbəri olmur.

Qadınlarda isə bu 14% azdır. Amma qadınlarda 50-65 yaş arası qaraciyər problemi riski artır" - deyə hepatoloq Kaşux bildirib.
Adətən qaraciyəri problemli olanların böyrəkləri də normal işləmir.

Xüsusən səhər oyananda göz altında şişkinlik, qaralma, ümumi yorğunluq varsa, böyrəklər yoxlanmalıdır".

Aygün Musayeva