ABŞ-da aparılan bir araşdırmaya görə, koronavirusa yoluxan hər 3 nəfərdən biri psixoloji ya da nevroloji problemlər yaşayır.
Medicina.az xəbər verir ki, 236 min insan üzərində aparılan araşdırmaya görə, yoluxanların 34 faizi yoluxduqdan sonrakı 6 ay ərzində nevroloji və ya psixoloji problemlər yaşayıb.
COVID-19 səbəbindən xəstəxanaya aparılanlarda isə nevroloji problemlərə daha çox rastlanılıb. Statistikaya görə, hər 50 nəfərdən birində isə beynin qan damarlarında daralma ya da tıxanma müşahidə edilib.
Araşdırma, “Lancet Psychiatry” jurnalında yayımlandı.