Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər 3 dəqiqədə 1 qadın bu xəstəliyə tutulur - ARAŞDIRMA

  • 2021.02.26 15:19
  • 1406 Baxış
Hər 3 dəqiqədə 1 qadın bu xəstəliyə tutulur -  ARAŞDIRMA
Türkiyəli həkim Atakan Sezer südvəzi xərçənginin qadınlarda ən çox rastlanan xəstəlik olduğunu bildirib.

Medicina.az xəbər verir ki, onun sözlərinə görə, dünyada hər 3 dəqiqədə1 qadına süd vəzi xərçəngi diaqnozu qoyulur:

"Qadınların öz-özünə müayinəsi çox önəmlidir. Amma bu bir yoxlama, araşdırma üsulu deyil. Yoxlanış həkim nəzarətində olmalıdır. Qadının məməsindəki fərqlilikləri bilməsi baxımından öz-özünə müayinə çox önəmlidir. Qadınlar arasında ölümə görə, südvəzi xərçəngi birinci yerdə durur. 70 yaşına qədər yaşayan hər 8 qadından birində bu xəstəliyə rastlanır. Bu insanların 12 faizi deməkdir. Dünyada isə hər il təxminən 2 milyon qadın süd vəzi xərçənginə tutulur. Ona görədə diqqətli olmalıyıq. Vaxtında həkimə getməli, müayinə edilməlidir”.