Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Həqiqi rəqəmlər gizlədildi" - Çin hökumətinin koronavirus məsləhətçisi

  • 2020.05.18 14:03
  • 1118 Baxış
"Həqiqi rəqəmlər gizlədildi"  -  Çin hökumətinin koronavirus məsləhətçisi


Çin hökumətinin yüksək vəzifəli məmuru Zonq Nansan Uhan rəhbərliyinin əvvəlcə baş verən koronavirus yoluxmaları barədə məlumat saxladığını etiraf edib.

Medicina.az xəbər verir ki, bu barədə CNN-ə açıqlama verən Z.Nansan Çin Milli Səhiyyə Komissiyasının göstərişi ilə 18 yanvarda Uhana baş çəkdiyini deyib.

O, yoluxma sayının 10 gündən çox müddətdə 41 olaraq qaldığına inanmadığını, buna görə əsl rəqəmlərin açıqlanmasını tələb edib.

Çin rəsmisi ABŞ-ın da bu istiqamətdəki ittihamlarını rədd edərək, Pekin rəhbərliyinin 2003-cü ildə SARS epidemiyasını iki-üç ay gizlətməkdən dərs aldığını bildirib: “Bu dəfə mərkəzi hökumət bütün şəhərlərin rəsmiləri tərəfindən həqiqi rəqəmləri bildirdiyini açıqlayıb. Buna görə 23 yanvar tarixindən sonra olan məlumatlar doğrudur”.

Çin Milli Səhiyyə Komissiyasının rəsmisi Liu Denqferd koronavirusun hələ başlanğıcında bəzi nümunələrin yox edildiyi barədə təlimat verildiyini qəbul edib. O, təlimatın səlahiyyəti çatmayan laboratoriyalara göndərildiyini bildirib.

L.Denqferdin laboratoriyalarda bioloji mühafizə riskini ortadan qaldırmaq və tamamlanmamış mikroblardan ikinci xəstəliyin qaynaqlanacağının qarşısını almaq üçün belə bir qərarın verildiyini vurğulayıb.