Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hepatoloqlar qaraciyəri bərpa edən qidaları açıqladı

  • 2020.01.28 19:42
  • 23592 Baxış
Hepatoloqlar qaraciyəri bərpa edən qidaları açıqladı

Qaraciyər qanımızı təmizləyir, toksinləri zərərsizləşdirir, qidalı maddələri bədənə ötürür, bütün bədəni idarə edir, eləcə də öz-özünü bərpa etməyə qadirdir.

Medicina.az xəbər verir ki, qaraciyər hüceyrələrinin özünübərpa işini dəstəkləmək və onda yığılıb qalmış toksin qalıqlarını çıxarmaq üçün gündə 2 litrə yaxın təmiz su və ya bitki çayları içmək lazımdır.

Eləcə də hepatoloqlar qaraciyərə faydalı olub, onu bərpa edən A, C vitamini, Omeqa 3 ilə zəngin meyvə tərəvəzlərin siyahısını hazırlayıblar.

Bunlar:

- Sitrus meyvələri
- İçi iri çəyirdəkli meyvələr – şaftalı, ərik, avokado, manqo
- Gilas, böyürtkən, albalı

- Alma və armud
- Kök, çuğundur

- Bütün növ kələmlər
- Qarpız, balqabaq, yemiş

Yaxşı olar ki, bu məhsulları çiy halda yeyəsiz və ya şirəsini hazırlayıb kurs –kurs içəsiniz.

Eləcə də tərəvəzlərdən və meyvələrdən salat hazırlayıb hər axşam yeyə bilərsiniz.