Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hepatit meyvə-tərəvəzdən də keçə bilir – Xəbərdarlıq

  • 2025.01.17 16:36
  • 703 Baxış
Hepatit meyvə-tərəvəzdən də keçə bilir  – Xəbərdarlıq

Meyvələri yaxşı yumadıqda hepatitə yoluxarsız. Bəli, səhv eşitmədiz.

“Medicina” xəbər verir ki, hepatoloq Qalina Kojevnikova meyvələrlə hepatit virusunun necə keçməsindən danışıb.


“Hepatit virusu ilə yaxşı yuyulmamış və ya heç yuyulmamış meyvələri, xüsusən qabıqlı meyvələri yedikdə yoluxmaq riski var.

Xüsusilə bu yeməzdən əvvəl qabığı əllə soyulan – nar, narıngi, banana aiddir.

İnfeksiya təzə və dondurulmuş meyvələrdən keçə bilər.
Əlbəttə ki, bu A hepatitidir.

Qorunmaq üçün meyvə-tərəvəzlər ciddi şəkildə təmiz yuyulmalıdır.
Əvvəlcə dərin qabda yumaq, sonra təmiz sudan keçirmək lazımdır.

Əgər meyvədə ciddi çirk izi və ya torpaq, palçıq varsa, onlar xüsusi süngərlə soda ilə yuyulmalıdır.

Eləcə də şorbalara, salatlara qatılan kök tipli tərəvəzlər fırça ilə sürtülməlidir.
Meyvələri yuduqdan sonra siz əllərinizi sabun və isti su ilə yumalısız.

Meyvəni moydadırda axar su altında yuyarkən su damcılarının ətrafa sıçraması da təhlükəlidir.

A virus hepatiti- Botkin xəstəliyidir, qaraciyəri zədələyir”.


Aygün Musayeva