Hepatitin B, C, A növündən başqa E növü də var. E virusu 90% insan üçün yüngül gedişlidir, asanlıqla sağalır, heç bir fəsad qoymur.
"Medicina" xəbər verir ki, mütəxəssislər son zamanlar E hepatit virusunun da tez-tez rast gəlindiyini bildirərək, onun yoluxma yollarını açıqlayıb.
Hamilə qadınlar, immuniteti aşağı olan insanlar və immuniteti azaldan dərman qəbul edən xəstələrdə E hepatiti ağırlaşa bilər.
E hepatitin əlamətləri: ishal, qızdırma, qusma, zəiflikdir.
İnfeksiya su və qida ilə keçir, ona görə mənbəyi məlum olmayan su içməyin.
Evdə hazırlanmış, yaxşı bişirilmiş yeməklərə üstünlük verin.
E hepatiti test və qaraciyər analizləri ilə diaqnoz olunur.
Aygün Musayeva