Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hepatit C şizofreniyaya səbəb ola bilər - Alimlər

  • 2022.03.01 16:33
  • 2318 Baxış
Hepatit C şizofreniyaya səbəb ola bilər    -  Alimlər

Qaraciyərin virus xəstəliyi hepatit C insanda şizofreniya riskini çox artırır.


Medicina.az xəbər verir ki, bu barədə Tayvan alimlərinin elmi araşdırmasında yazılıb.


Onlar 2003-2012-ci illəri əhatə edən 44 min tayvanlının tibbi sığorta üzrə məlumat bazasını araşdırıblar.

18 min nəfəri hepatit C ilə yoluxmuşdu, lakin heç bir müalicə almamışdı. 9 min nəfəri hepatit testi müsbət çıxmış, lakin 6 ay müalicə alaraq sağalmış, qalanları isə tam sağlam idi.

Nəticələr göstərib ki, hepatit C ilə şizofreniya əlaqəlidir. 9 il ərzində hepatit C yoluxub müalicə almayanların 23%-də bu psixi problem əmələ gəlib.

Buna görə də Hepatit C müsbət analizi şizofreniya yaranması riskini artırır. Bu infeksiyaya yoluxanlar mütləq müasir hepatit əleyhinə terapiyadan keçməli, müalicə almalıdırlar.


Çünki hepatit nəinki qaraciyərə, beyinə də neqativ təsir göstərir.