Qaraciyərin virus xəstəliyi olan Hepatit C-nin yeni müalicə metodu artıq tətbiq edilir.
“Medicina” xəbər verir ki, hepatitlər sağlam toxumanı fibroza çevirir və sirrozla nəticələnə bilər.
Hepatitdən dünyada vərəm və QİÇS-dən daha çox insan ölür.
Hazırda dünyada 80 milyona yaxın insan hepatit C ilə yaşayır.
Bu hepatit çox gizli gedir, insan uzun müddət xəbərsiz olur. Elə xəstələr var ki, yoluxan kimi immunitet mübarizə aparır və kəskin formada keçir. Bu halda orqanizm antitellər hasil edir və xəstəliyə qalib gəlir.
Əgər bir xəstədə hepatit C gizli gedirsə və xronikidirsə, müasir protokollarla müalicə yazılmalıdır.
2019-cu ildə müalicədən interferonlar çıxarıldı.
Hazırda birbaşa təsir edən virusəleyhinə preparatlar mövcuddur. Müalicə virusun genotipi nəzərə alınmaqla laborator testlərdən sonra fərdi hazırlanır.
Hepatit C-nin müalicəsi 3-4 ay çəkir, gündə 2-4 tablet qəbul edilir. Bir çox ölkələrdə dərmanlar ambulator xəstələr üçün pulsuz verilir.
Hepatitlərlə effektiv mübarizə üçün vaxtında diaqnoz qoyulmalı, skrininqlər olmalıdır. Hepatitləri terapevt, hepatoloq, qastroenteroloqlar müayinə edə bilər.
Aygün Musayeva