Hazırda hepatitlər içində ən geniş yayılanı hepatit C-dr. Bu xəstəliyin sağalmasına ümid varmı?
"Medicina" xəbər verir ki, həkim hepatoloq Yelena Serminova hepatit C müalicəsindən danışıb.
Hazırda bütün dünyada 71 milyon insan qaraciyərin C hepatiti xəstəliyindən əziyyət çəkir.
Uzun illər bu mehriban və gizli xəstəliyi diaqnoz edə bilmirdilər.
Yalnız 2020-ci ildə amerikalı və britaniyalı alimlər C hepatitini kəşf etdikləri üçün Nobel mükafatına layiq görüldülər.
Maraqlıdır ki, A, B hepatitləri göstərən testlər C-ni görə bilmirdi.
Bu hepatitə yoluxma infeksiyalı qanla təmasdan baş verir.
Virus getdikcə qaraciyərin hüceyrələrini birləşdirici toxumasını sıradan çıxarır.
Harda yoluxa bilərsiz?
- Tibbi müdaxilə, əməliyyat yerlərində, sterilizasiya olmadıqda
- İynələrdən, inyeksiyadan
- Narkomanlar arasında
- Cinsi əlaqədən
- Kosmetoloji salon prosedurlarında - manikur. pedikur, tatu, pirsinq, pilinq və s
Hepatitlər içində C-nin dərmanı var, müalicəsi vaxtında başlayarsa, uğurlu olur.
B-dən fərqli olaraq, ona qarşı peyvənd yoxdur.
Aygün Musayeva