Mərkəzi Klinik Xəstəxananın invaziv kardioloqu, tibb elmləri doktoru Firdovsi İbrahimov Türk Dünyası Kardiologiya Birliyinin sədri seçilib.
Medicina.az xəbər verir ki, o, indiyə qədər həmin birliyin vitse-prezidenti idi.
Yeri gəlmişkən qeyd edək ki, F.Ibrahimov Adana şəhərindəki Çukurova Universitetinin tibb fakültəsini bitirib. 1999-cu ildən 2004-cü ilədək 19 Mayıs Universiteti tibb fakültəsinin xəstəxanasında çalışıb. 2005-ci ilin fevralından Mərkəzi Klinik Xəstəxananın kardiologiya şöbəsinin müdiridir.