Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hemorroyla düz bağırsaq şişini - necə fərqləndirməli?

  • 2023.08.08 20:32
  • 2162 Baxış
Hemorroyla düz bağırsaq şişini    - necə fərqləndirməli?
Babasillə bağırsaq xərçəngini bu xəstəliklərə xas olan qanın rəngi ilə ayırd etmək olar.


“Medicina” xəbər verir ki, onkoloq cərrah Arkadiy Bercanin sözlərinə görə, anusdan qan gələrsə, bunu təkcə babasilə bağlayıb, gözləmək düzgün deyil.


“Hər iki xəstəlikdə rektal nahiyədən qanama olur. Məhz bu qanın intensivliyi və rənginə görə kolorektal xərçəngi fərqləndirmək mümkündür.

Bağırsaq xərçəngində defekasiya zamanı gələn qan çox tünd, hətta qara və kütləli olur. Hemorroyda isə qan açıq qırmızı, al qırmızı və damcı şəklində olur.

Xərçəngdə hemorroy şam və mazları təsir etmir, müalicə effektiv olmur. Qanama müntəzəm olur və xəstənin analizlərində anemiya görünür”.

Aygün Musayeva