Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hemoqlobini az olanlar ciddi təhlükədədir – Koronavirusa qarşı qanı artırın

  • 2020.07.28 20:37
  • 4810 Baxış
Hemoqlobini az olanlar ciddi təhlükədədir  – Koronavirusa qarşı qanı artırın



Qanda hemoqlobin oksigen molekulunun daşınması ilə məşğul olub, oksigeni orqan və toxumalara aparır.
Qanda hemoqlobin normanın altında olanda insanın bütün orqan və sistemləri əziyyət çəkir və sağlamlıq səviyyəsi düşür


Qan həm də orqanizmə düşən virus və bakteriyaları yuyub aparmaq, zərərsizləşdirmək üçün vacibdir. Ağciyərlərə qan və oksigen normada çatmayan insan asanlıqla pnevmoniya olur.

Medicina.az xəbər verir ki, rus həkimləri bir çox MDB ölkələri üçün xarakterik olan hemoqlobin azlığı, anemiyanın koronavirus epidemiyası zamanı ciddi təhlükə olduğunu bildirir. Ona görə də hər bir anemiyalı xəstə ciddi olaraq qanda hemoqlobinin artırılması ilə bu günlərdə məşğul olmalıdır.

Müalicə alanlar kursu təkrarlamalı, müalicə almayanlar təkrar həkimin təyinatı ilə qan artırıcı dərmanlara və xüsusi qidalanmaya keçməlidir.

Qanda hemoqlobin azlığının əlamətləri: tez yorulma, baş ağrıları, halsızlıq, yuxusuzluq, depressiya, əl-ayağın soyuması, ürək döyüntülərinin artması, bəzinin ağarması

Qanda hemoqlobin düşməsinin birinci səbəbi dəmir defisitidir.

Dəmir defisiti və hemoqlobin azlığında birinci müalicə uyğun dərmanların seçilməsidir, yalnız bununla yanaşı qanartırıcı qidalanma rejiminə əməl etməkdir.

Nələr yeməli:

- Nar- təzə sıxılmış şirəsi 1: 1 nisbətdə su ilə qarışdılıb içilməli
- Alma
- Qarabaşaq
- Qırmızı ət, mal, dana əti
- Qaraciyər

- Hind quşu əti
- Göbələklər
- Qırmızı kürü
- Dəniz kələmi – gündə 2 qaşıq

Bu insanlara yeməkdən sonra çay və qəhvə içmək olmaz. Eləcə də müalicə ərəfəsind təzə süd içməkdən imtina olunmalıdır.



  • Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlıəhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb