Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib.
Medicina.az xəbər verir ki, t
ədbiri giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev hemofiliyanın irsi qan xəstəliyi olduğunu və onların müalicəsi istiqamətində mühüm tədbirlər görüldüyünü bildirib.
Seminarda çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova dünyada təxminən 400 min insanın hemofiliya xəstəliyindən əziyyət çəkdiyini diqqətə çatdırıb.
Tədbirdə irsi qan xəstəliyindən əziyyət çəkənlərin tam dövlət qayğısı ilə əhatə olunduğu, "2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” nın həyata keçirildiyini vurğulanıb.
Azərbaycanda Hemofiliyalı Pasiyentlərin Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarının genişləndirilməsi məqsədilə yeni addımlar atıldığını, bu məqsədlə beynəlxalq elektron kartlar yaradılmasının nəzərdə tutulduğunu bildirib.
Geniş fikir mübadiləsi şəraitində keçən seminarda vurğulandı ki, hemofiliyalı xəstələrinin müalicəsi istiqamətində dünyada yeni tədqiqatlar aparılır, artıq gen terapiyası əldə olunub və bu da hemofiliyalı xəstələrinin birdəfəlik sağalmasına imkan verir.