Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həmid yarımcan haldadır, tam sağalmadan evə buraxılmaq? - Qızılca olan jurnalistin xanımı

  • 2024.01.30 15:26
  • 3306 Baxış
Həmid yarımcan haldadır, tam sağalmadan evə buraxılmaq? -  Qızılca olan jurnalistin xanımı
2 gün əvvəl ağır vəziyyətdə hospitəlizə olunan jurnalist Həmid Herisçinin artıq kritik dövrü geri buraxdığı üçün 2 günə evə yazılacağı bildirilib.

“Medicina” xəbər verir ki, yazıçının həyat yoldaşı, jurnalist İlhamiyyə Rza xəstənin hələ də orta ağır vəziyyətdə olduğunu açıqlayıb.


“2 gün öncə vəziyyəti stabil ağır deyilən adamın 2 günə sağalması şanlı səhiyyəmizin “qələbəsidir”. 64 yaşlı adam qızılca keçirir, vəziyyəti kritikdir deyilir və budur artıq sağalıb.

Gerçəklər bundan ibarətdir ki, qızdırma hələ də qalxıb düşür, qida borusu, ağız boşluğu belə səpdiyindən olmazın əziyyət, ağrı çəkir, oksigen maskasındadır. Ancaq danışanda maskanı çıxarır.

Bu durumda olan xəstəni ən azı 1 həftə müalicə etməli deyillər?

Burdan infeksionistlərə səslənirəm: 2 günə Həmid evdə olacaq, bununla müalicəsi bitdimi? Adam yarımcan olub, onun müalicəsi, bərpası üçün nə etməliyəm? Bu günə qədər edilən müalicələrə görə TƏBİB- ə təşəkkür”.

Aygün