“Aparıcı Həmid Herisçinin səhhətində heç bir irəliləyiş yoxdur”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
“Həmid Herisçinin vəziyyəti ağır olaraq qalır”.
Xatırladaq ki, aparıcı Həmid Herisçi qızılcaya yoluxub. O, ötən gün xəstəxanaya yerləşdirilib.