Hamımızın "qan şokoladı" kimi tanıdığımız Hematogen qanda dəmirin miqdarını artırmaq üçün nəzərdə tutulsa da, o artıq təsirini dəyişib.
Onu çox qəbul etdikdə və ya həkim nəzarəti olmadan yedikdə, orqanizmə zərər verə bilər.
“Medicina” xəbər verir ki, həkim – diyetoloq Yelena Solomotinanın sözlərinə görə, bir çox insan şirniyyat əvəzui hematogen yeyir. Bu, qətiyyən yolverilməzdir. Məhsul yüksək kalorili, şəkərlidir və onun tez-tez istifadəsi artıq çəkiyə,diabet' səbəb ola bilər. Bu xüsusilə uşaqlar üçün zərərlidir.
“Bundan əlavə, hematogendən asılılıq bədəni insulin müqavimətinə meyilli edir. Hematogen qanda dəmirin səviyyəsini artıraraq? orqanizmə zərər verə bilər.
Qanda həddindən artıq dəmirin olması simptomları dəmir çatışmazlığı simptomları ilə eynidir.
Hal – hazırda hemotageni əsasən şəkər və digər əvəzləyicilərdən hazırlayırlar. Bu məhsul sadəcə aclıq hissini doyurur, müəyyən həzz almağa imkan verir. Allergiya vermə ehtimalı yüksəkdir”.
Günay Quluzadə