Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həm arıqladır, həm də xərçəngdən qoruyur

  • 2025.01.10 10:18
  • 195 Baxış
Həm arıqladır,  həm də xərçəngdən qoruyur
Cənubi Avstraliya Universitetinin alimləri zeytun yarpağı ekstraktının qan təzyiqini aşağı salmaq, qanda yağ səviyyəsini tənzimləmək potensialını aşkar ediblər.

Musavat.com xəbər verir ki, araşdırma “Nutrition Review” jurnalında dərc olunub.

Zeytun yarpaqları oleuropein və digər antioksidanlarla zəngindir, bu da oksidləşdirici stressi azaldaraq DNT və toxumaları qoruyur. 819 nəfərin iştirak etdiyi 12 araşdırma ekstraktın qan lipidlərini yaxşılaşdırdığını və qan təzyiqini azaltdığını göstərib.

Başqa bir mərhələdə 703 nəfərlik araşdırma ekstraktın qan şəkərini normallaşdırmağa, arıqlamağa kömək etdiyini ortaya qoyub.

Məqalədə qeyd edilir ki, zeytun yarpağı ekstraktının xərçəng də daxil olmaqla xroniki xəstəliklərdən qorumaq kimi funksiyası da var.