Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalındadır.
Medicina.az xəbər verir ki, bu barədə DSX rəisi general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib.
DSX rəisi bildirib ki, yaralıların hər ikisi ilə telefon əlaqəsi yaradıb, onların səhhətləri normaldır: “Onların sağlamlığının bərpa olunması üçün həkimlərimiz tərəfində zəruri tədbirlər görülməkdədir”.