"Sizi inandırım ki, mən hələ indiyə qədər siqaret çəkməmişəm, spirtli içki və narkotik maddə qəbul etməmişəm. Ömür boyu idmanla məşğul olmuşam”.
Medicna.az xəbər verir ki, bunu bu günlərdə 60 yaşı tamam olan Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev deyib.
Onun sözlərinə görə, daim idmanla məşğul olur və sağlamlığında heç bir problem yoxdur: "Siz bilirsiniz ki, mən həm də Neftçi Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədriyəm. Amma idmanla məşğul olmağım Şuraya sədrlikdən əvvəl də olub. Ola bilər ki, səhhətimdə problemlərin olmaması mütəmadi olaraq idmanla məşğul olmağımdan irəli gəlir”.