Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlərin televiziyalarda reklamı qadağan edilsin - Millət vəkili

  • 2025.02.03 16:38
  • 171 Baxış
Həkimlərin televiziyalarda reklamı qadağan edilsin   - Millət vəkili


""Reklam haqqında" qanuna dəyişiklik edilsin və tibbi xidmətdə nələri reklam etmək olar, nəyi yox, müəyyənləşsin".


"Medicina" xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.


Deputat bildirib ki, bütün dünyada həkimi şəxs olaraq, reklam etmək qadağandır: "Bizdə də qadağan olunmalıdır".


Onun sözlərinə görə, bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına "Reklam haqqında" qanuna dəyişiklik daxil edilməlidir:

"Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır”.

M.Quliyev bildirib ki, bir sıra televiziya kanallarındakı şou proqramlarda tibbi xidmətlər, ayrı-ayrı həkimlər və klinikalar reklam olunur:

"Reklam bir tərəfə qalsın, hətta verilişlərin sponsorluğunu da həkimlər edirlər. Əlbəttə, tibb sahəsində xidmətlərin reklamına qarşı deyilik, ancaq müəyyən çərçivələri, normaları var. Ancaq son dövrlərdə plastik cərrahiyə, bədən şəkilləndirmə, mədəkiçiltmə əmliyyatlarında ölüm, ağırlaşma hallarıının baş verməsində reklamların, şou proqramların mənfi təsiri var".

MEDİCİNA.AZ