Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Helicobacter Pylori haqqında 5 faktHəkimlərin qorxduğu ən konserogen bakteriya

  • 2017.10.02 11:55
  • 42018 Baxış
 - Helicobacter Pylori haqqında 5 fakt Həkimlərin qorxduğu ən konserogen bakteriya
Bəzi bakteriyalar vardır ki, həkimlər belə müalicəsində bəzən çarəsiz qalırlar. 

 

Helicobacter Pylori - ən çox mutasiya olunan, rəhmsiz, onkogen bakteriyalar hesab edilir ki, onun qarşısını almaq çox çətindir. Dünya əhalisinin 58%-i isə bu bakteriyanın daşıyıcısıdır. Ən yeni müalicə üsulları belə qarşısında aciz qalır.


Medicina.az həmin bakteriyanın törədə biləcəyi fəsadları qeyd edir:


1.Helicobacter Pylori – mədə-bağırsağı məhv edir. Qastrit, xora, onikibarmaq bağırsağın yaralarının ən birinci səbəbkarıdır. Beynəlxalq Agentlik Helicobacter Pylori bakteriyasının 1 dərəcəli kanserogen olduğunu hesab edir.


2.Qorxulu tərəfi isə yoluxucu olmasıdır. Yoluxma adi qab, fincan, öpüş, fekal-oral, çirkli əllər vasitəsilə asanlıqla keçə bilər. Ona görə ona nəsil və ya ailəvi xəstəlik də deyirlər. 

 

3.Bakteriyanın çoxsaylı növləri var. Sakit və aqressiv olaraq iki tipə ayrılır.


4.Bakteriya xarici görünüşə də təsir göstərir. Həmçinin bir çox dəri xəstəliklərinin səbəbkarıdır: atopik dermatit, civzə, sızanaq, psoriaz və s. 


5.Diaqnostikası asan, müalicəsi isə  bir o qədər çətindir. Nəfəs və qan analizi vasitəsilə aşkarlanır. Amma müalicəsi uzun və kompleksli şəkildə aparılır.

 

Müalicə əsasən antibakterial dərmanlar və xüsusi pəhrizlərlə aparılır.

 

Qeyd edək ki, mədə turşusu sekresiyasına təsir edən xüsusi müalicə ilə bakteriyanı azaltmaq olar. Xəstələr siqaret, içki və stresdən maksimum uzaq olmalıdır.