Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlərin “qara siyahı”sına düşən qidalar: xərçəngə səbəb olurlar

  • 2024.07.17 11:51
  • 1200 Baxış
Həkimlərin “qara siyahı”sına düşən qidalar:  xərçəngə səbəb olurlar
Qidalanma rejiminizi planlaşdırarkən əsas məsələni xatırlamaq vacibdir - insan özünü yeməklə "zəhərləməməlidir".

Medicina.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiklərindən biri bildirib.

“Qidalanma və onun təsiri, o cümlədən gələcək nəsillərə təsiri müzakirə edilir. Bu gün xüsusilə böyük şəhərlərin sakinləri üçün qidalanmada tarazlığı saxlamaq çətin ola bilər, lakin bunun üçün səy göstərmək vacibdir”, - deyə akademik bildirib.

Mütəxəssisin sözlərinə görə, bu və ya digər pəhrizə riayət etməyi planlaşdırarkən diqqətli düşünmək lazımdır:

“Bir sıra qidaları istisna etmək mədə-bağırsaq sisteminin xroniki xəstəliklərinin inkişafına səbəb ola bilər. Digər tərəfdən, qidalanma prinsipləri olduqca sadədir: sağlam olmayan qidaları - qızardılmış, çox yağlı, yarımfabrikatları məhdudlaşdırmaq lazımdır. Pəhrizdə üstünlük təşkil edən doymuş yağ və trans yağlı məhsullar bağırsaqlara, ürəyə, qan damarlarına, mədə-bağırsaq sisteminə zərərli təsir göstərir. Bunlar, həmçinin görünüşə pis təsir edir, vaxtından əvvəl qocalmağa səbəb olur”.

Mütəxəssis bütün həkimlərin “qara siyahı”sında olan qidalardan uzaq durmağı məsləhət görüb. O, həmçinin bu siyahıda bağırsaq disfunksiyasına, qanda şəkərin artmasına və sairə səbəb olan bir neçə içkinin də olduğunu vurğulayıb:

“Pəhrizdən qazlı (xüsusilə şirin) içkiləri çıxarmaq, spirtdən imtina etmək, qəhvəni isə ehtiyyatla içmək lazımdır”.

Tibb elmləri namizədi, qastroenteroloq-hepatoloq Sergey Vyalov isə hesab edir ki, tərkibi tam başa düşülməyən istənilən yarımfabrikatdan istifadə təhlükəlidir:

“Belə yeməklərə uzun müddət saxlanmasına kömək edən maddələr əlavə edilir. Araşdırmalar göstərir ki, süfrəyə qoyulan yarımfabrikat qidalar (hətta gündə bir porsiyadan danışsaq belə) bağırsaqlarda iltihablanma riskini iki dəfədən çox artırır. Bu, poliplərin meydana gəlməsi üçün şərait yaradır. Bu isə prekanseroz vəziyyətdir”.

Həkimlər onu da xatırladıblar ki, şəkərli, duzlu qidaların və hisə verilmiş məhsulların həddindən artıq istehlakı xərçəngə tutulma riski ilə əlaqələndirilir.


Aysel