Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlərin gözdən qaçırdığı - Səyirici Aritmiya nədir?

  • 2022.10.20 16:57
  • 3398 Baxış
Həkimlərin gözdən qaçırdığı  - Səyirici Aritmiya nədir?

Çox xəstələr səyrici aritmiyanı ciddi qəbul etmir, ürəklərində ağır diskomfort hiss etmədiklərindən vaxtında həkimə müraciət etmir.


"Medicina" xəbər verir ki, alman kardioloqu Mixail Bem bu aritmiyanın səbəbini və gedişatını açıqlayıb.

"Ürək qapaqlarının fibrilyasiyası səyrici aritmiya adlanır.

Bu zaman ürək toxuması divarında lokal dəyişikliklər baş verir. Ürək daxilində elektrik oyanma bərabər paylanmır.
Nəticədə sürətlə, davamsız və kordinasiya olunmayan səyrici atışlar baş verir.

Bu zaman qan durğunlaşıb asta dövr edir. Bu formadan davam edən aritmiya nəticədə insulta səbəb ola bilər.
Çünki qan axını yavaşıdığından tromb əmələ gəlir.

Tromblar qanla dövr edib, beyin damarlarında tıxanıb qalır.

Belə xəstələrdə baş beynin oksigenlə təchizatı da pozulur.

Bu aritmiyanı bəzən həkimlər də gözdən qaçırır, çünki bəzən zamanla itir, sonra qayıdır.

Simptomları qarışıqdır, xəstə hətta sakit halda da sürətli döyüntü və ya birdən kəsilən döyüntü hiss edir.
Bəzi halda xəstədə təngnəfəslik, narahatlıq, baş gicəllənmə ola bilir.

Səyrici aritmiya mütləq vaxtında müalicə olunmalıdır, yoxsa sonra cihaz vasitəsilə də ürək ritmi bərpa olunmaya bilər".


Aygün Musayeva