Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlərin diqqət yetirmədiyi limfa sistemi – İnsanı xərçəngə aparan yol pis işləyən limfalardan başlayır

  • 2018.08.29 21:31
  • 42367 Baxış
Həkimlərin diqqət yetirmədiyi limfa sistemi –  İnsanı xərçəngə aparan yol pis işləyən limfalardan başlayır
Limfa sistemi – qan damar sistemi kimi insan orqanizmi üçün başlıca sistemdir. Amma elə mürəkkəb sistemdir ki, çox həkimlər belə onun haqda az məlumata malikdir. Çünki limfalara nədənsə tibbdə ciddi yanaşılmayıb, unudulub. Var, işləyir, vəssalam. Amma son zamanlar limfatik xərçəngin – limfostazın artması onu göstərdi ki, limfalara bu günə qədər layiq olduğu diqqət verilməyib. Əbəs yerə onlar diqqətdən yayınıb. 


Medicina.az xəbər verir ki, Limfa sistemi bütün bədəni ayaqdan başa kimi əhatə edir. Orda axın bir istiqamətədir: aşağıdan yuxarı doğru. Limfatik maye çox gec, asta-asta hərəkət edir. Ayaq, əl, göz, beldə, oynaqlarda şişkinlik varsa – bunlar hamısı limfaların işidir. 


Orqanizmə bakteriya, virus, göbələk düşəndə məhz limfalar onun irəli getməsinin qarşısını alır. Məsələn cinsi orqanlara yaxın yerləşən limfa düyünləri cinsi yolla keçən infeksiyaların qarşısını alır, blokadaya alır. əgər limfa düyünləri olmasaydı, cinsi yolla keçən qonoreya 3 günün içində beyinə kimi gəlib insanı öldürərdi. 


Limfa düyünlərindən limfositlər çıxır, onlar qanda da görünür. Limfositlər bütün selikli qişaların qoruqçucu, gözətçisidir. Limfa düyünlərinə gəlib çatan zərərli nə varsa zərərsizləşdirilir və xaric olunur. 


Limfa düyünlərində zərərsizləşən o infeksiyalar bəs necə çıxır: uretra, uşaqlıq yolu, ağız boşluğu, qoltuqaltı, tər vəziləri ilə.. Qadında, kişidə ağ rəngli axıntı varsa, bu o deməkdir ki, limfa hansısa zərərli infeksiyanı yeyib və onu çölə atır.

 


Ən çox limfa düyünü bağırsaq ətrafındadır. 


Tər vasitəsilə 50% zərərli toksinlər çıxır. Ona ğörə tərin çıxması normaldır.. İndi insanlar müxtəlif üsullarla qolaltı tərləmənin qarşısını alır, limfa axacaqlarını tuturlar. Bu isə səhhətimizə zərərlidir. Limfaların xaric etdiyi toksinlər hardansa çıxmalıdır. Qolaltı bağlıdırsa, alın, üzdən, bədəndən tərlə çıxacaq. Amma ən yaxşısı qolaltı limfalardan çıxmasıdır. 

 



İri limfa düyünləri Adenoidlərdir. Burunda yerləşir. Kim ki, ağzı açıq nəfəs alır, onun adenoidləri şişib, böyüyüb.


Ağız suyu vəzləri - ən nəhəng dezintoksikasiya orqanıdır. Ağız suyu ilə gündə yarım litr toksiki su çıxır. Əgər uşağın ağız suyu gecə çox axıb, yastığı isladırsa, deməli uşağın limfa sistemində problem var. Əgər uşağın gecə yuxuda kürəyi, başı tərləyirsə, deməli onda hansısa problem var. Uşaq bu qədər tərləməməlidir. 


Stress zamanı ağız quruyur, su və tüpürcək çıxmır, bu o deməkdir ki, limfa sistemində durğunluq var. Və insan həmin an su içir. Əslində bu elə də yaxşı hal deyil. Su işməkdənsə dodaqların hərəkəti ilə stimulə etməklə ağızda su yaratmaq lazımdır. Ya da ağızda bir az duz qoymaq, saqqız çeynəmək lazımdır. 


Udlaqda badamcıqlar – bakteriyaları tutan daha böyük orqanlar. Streptokok həmişə badamcıqdan keçir. Bu da angina, revmatizm deməkdir. Stafilakok isə burundan keçir.


Haymorit – limfa sisteminin zədələnməsi, pis işləməsi deməkdir. Burun və haymor cibində irinin yığılması o deməkdir ki, limfalar çirki, toksini yaxşı qova bilmir. 


Əgər göbələk bütün orqanizmi zəbt edibsə, o zaman bronxit başlayır. Dərin limfatik düyünlər işə qoşulur, belə insanlarda bronxial astma başlaya bilər.

Oynaqların iltihabı – bu da limfa sisteminin zədələnməsinin göstəricisidir. Çox həkimlər elə düşünür ki, əl-ayağın şişməsi ürək, böyrək problemidir. Şişkinlik yalnız limfatik xarakterli ola bilər. 


Əllərin şişməsi – qoltuqaltı limfaların tutulması, kirəclənməsi deməkdir.

Gözlərin şişkinliyi – kəllə və üz limfalarının tutulması deməkdir.

 



Bəs limfa sistemin təmizlənməsi, normal işini təmin etmək üçün nələr etmək lazımdır: Daha çox oturaq həyat keçirən insanlar təkcə bol maye və ya limfa dərmanları içməklə heç nəyə nail olmayacaqlar. Gərək gimnastika və tənəffüs hərəkətləri etsinlər. işdə hər 1 saatdan bir qalxıb gəzməli, 10 dəqiqə hərəkət etməlidirlər. Kontrast duş, vannalar, buxar, isti hamam, masaj  limfa sistemini canlandırır.

 

Xüsusi süngər və şetka ilə duş alarkən ayaqlardan və qollardan üzü yuxarı sürtmək də limfaları açır. Diqqət: limfa düyünlərini çox basmaq, sıxmaq olmaz. 

 


Qidalanmada yeməkdən sonra çay, su içmək olmaz. Soyuducuda dünəndən bişən yeməkləri saxlamayın, onlar çox toksinlidir və irin yaradan bakteriyaları çoxaldır, limfaların işini ağırlaşdırır. Limfa sistemi durğun olan insan belə yeməkləri yedikcə hüceyrələrarası sahə ballastla dolur. Hüceyrələr öz-özündən cürüməyə başlayır  ki, bu da allergiya, xroniki xəstəliklər, onkologiyaya gətirib çıxarır.

Həkimlərin diqqət yetirmədiyi limfa sistemi –  İnsanı xərçəngə aparan yol pis işləyən limfalardan başlayır
Həkimlərin diqqət yetirmədiyi limfa sistemi –  İnsanı xərçəngə aparan yol pis işləyən limfalardan başlayır
Həkimlərin diqqət yetirmədiyi limfa sistemi –  İnsanı xərçəngə aparan yol pis işləyən limfalardan başlayır