"Bəzən mütəxəssislər beyin ölümü keçirən insanın müalicəsini davam etdirirlər. Çünki onun ürəyi dayanmayıb”.
Medicina.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Mərkəzi Neftçilər Xəstəxanasının anestezioloq-reanimatoloqu Qulam Rüstəmzadə "İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib.
Q.Rüstəmzadə deyib ki, əslində, beyin ölümü keçirən insan ölmüş sayılır. Buna görə də mütəxəssislər üçün beyin ölümü təlimatları üzrə treninqlərin keçirilməsi vacibdir: "Hələ indiyədək ölüm səbəbi kimi beyin ölümü diaqnozu qoyulmur. Əsas səbəb kimi ürəyin fəaliyyətinin dayandırılması göstərilir. Nə qədər ki biz beyin ölümü diaqnozunu qoya bilmirik, onda meyitdən orqan transplantasiyasını həyata keçirə bilməyəcəyik”.