Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov Medicina.az -a geniş videomüsahibə verib.
O bildirib ki, KTM ölkənin, eləcə də regionun ən qabaqcıl tibb mərkəzi olmasına iddialıdır.
Bunun üçün ən müasir standartlara cavab verən Təcili Tibbi Yardım şöbəsi yaradılıb.
Şöbə bayram və bazar günləri də daxil olmaqla 7 həkim və 7 tibb bacısı 7/24 saat ərzində xəstələri qəbul edir. Bu şöbəyə hər ay orta hesabla şöbəyə 2000-ə yaxın müraciət daxil olur. Müraciət edən bütün xəstələrə ilkin təcili və təxirəsalınmaz tibbi yardım göstərilir.
K.Ələkbərova bildirib ki, İcbarı Tibbi Sığortanın tətbiqindən sonra Urologiya şöbəsi də yaradılıb.
Ən son texnologiyalarla təmin olunan Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsində icbari sığortanın Xidmətlər Zərfində nəzərdə tutulan bütün endoskopik və laparoskopik uroloji əməliyyatlar uğurla icra olunur.
“Burada çalışan həkimlərimizin başlıca məqsədi ən son tibbi müalicə üsulları ilə xəstələrin qısa zamanda sağalıb, normal həyata dönmələrini təmin etməkdir”.
Yaradılan şöbələrdən biri də Neyrocərrahiyyə şöbəsidir. Direktor bildirib ki, bu şöbənin yaradılması strateji məsələdir. Belə ki, burada yüksək ixtisaslı mütəxəssislərlə yanaşı, ən müasir avadanlıqlar istifadə olunur.
Direktor yaxın vaxtlarda açılacaq yeni şöbələr, onların ölkə səhiyyəsi üçün əhəmiyyətindən, gətirilən yeni avadanlıqlardan, qurduğu ən müasir laboratoriyadan, doğum şöbəsindən geniş şəkildə danışıb, eləcə də yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi, onlara verilən əmək haqqı barədə maraqlı məlumatlar verib.
Geniş videomüsahibəni izləyin
Yaradılan şöbələrdən biri də Neyrocərrahiyyə şöbəsidir. Direktor bildirib ki, bu şöbənin yaradılması strateji məsələdir. Belə ki, burada yüksək ixtisaslı mütəxəssislərlə yanaşı, ən müasir avadanlıqlar istifadə olunur.
Direktor Tibbi Mərkəzdə yaxın vaxtlarda açılacaq yeni şöbələr, onların ölkə səhiyyəsi üçün əhəmiyyətindən, getirilən yeni avadanlıqlardan, qurduğu ən müasir labaratoriyadan, doğum şöbəsindən geniş şəkildə danışıb, eləcə də yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi, onlara verilən əmək haqqı barədə maraqlı məlumatlar verib.
MEDİCİNA.AZ