İngiltərənin "Royal College" tibb fakültəsinin rəhbəri Helen Stouks Lempard Şaxta Babanın səhhəti ilə bağlı pis xəbərlər verib.
Medicina.az qaynarinfo-a istinadən xəbər verir ki, Şaxta Babanın spirtli içki asılılığı, stress, podaqra və yuxusuzluqdan əziyyət çəkir.
Bundan əlavə, şimal maralları ilə ünsiyyəti onun infeksiya ilə yoluxma ehtimalını artırır, həmçinin insanlara gecə saatlarında hədiyyə aparması onun səhhətinə pis təsir edir.
Professor Lempard həmçinin qeyd edir ki, Şaxta Baba üçün ayırılan peçenye, süd və spirtli içkilər onun çəkisinin artmasına səbəb olur. "Əgər o mənim xəstəm olsaydı, evlərdən evlərə olan məsafəni qaçmağı və arıqlamağı tövsiyyə edərdim" deyən Stouks Şaxta Babanın sağlamlıq problemlərinin ciddiliyini vurğulayıb və belə davam edəcəyi təqdirdə 2018-ci ilin onun son ili ola biləcəyini bildirib.