Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlərdən hökumətə müraciət - "Maaşımızı artırmayın"

  • 2018.03.08 13:44
  • 10700 Baxış
Həkimlərdən hökumətə müraciət -  "Maaşımızı artırmayın"
Həkimlərdən və tibb fakültələrinin tələbələrindən ibarət 2 min nəfərlik qrup hökumətə açıq məktubla müraciət edərək maaş və təqaüdlərinin artırılmasına etiraz ediblər.


Belə bir maraqlı hadisə Kanadada baş verib.


Məktubu imzalayan tibb işçiləri hesab edirlər ki, onların maaşlarının artırılması barədə qərar yersizdir. Çünki bu artımdan sonra həkimlərlə tibb bacılarının maaşları arasında böyük fərq yaranır. "Özlərinə düşmən kəsilmiş” etirazçıların digər arqumenti ondan ibarətdir ki, keyfiyyətli səhiyyə xidmətləri əhalinin bəzi qrupları üçün əlçatmazdır.


"Bizim tibb bacılarımız, xidmət işçilərimiz və başqa peşəkar əməkdaşlarımız çox çətin şəraitdə işləyirlər. Həmçinin son illər baş vermiş ixtisarlar və bu sahədə hakimiyyətin Səhiyyə Nazirliyinin əlində mərkəzləşməsi üzündən zəruri səhiyyə xidmətləri bəzi qruplar üçün əlçatmaz olub”,- deyə məktubda bildirilir.


Məktub müəllifləri öz maaşlarında yer alan artımın ləğv olunmasını və bunun nəticəsi olaraq qənaət edilən vəsaitin Kvebek əyalətində səhiyyə sisteminin inkişafına yönəldilməsini tələb ediblər.


Qeyd edək ki, Kanadada tibb bacılarının orta aylıq maaşı təqribən 2000 dollar (3400 manat), həkimlərin maaşı isə 5 min dollar (8500 manat) təşkil edir. (Bizim yol)