57 yaşlı pasiyenti bağırsaq xərçəngindən əməliyyata alıblar. Lakin əməliyyat zamanı bağırsağın şişlə zədələnmiş hissəsi yox, səhvən sağlam və kəsilməsinə ehtiyac olmayan hissəsi çıxarılıb.
Medicina.az xəbər verir ki, hadisə Avstraliyada, Sidney hospitalında baş verib.
Həkimlər səhvin qismən onlarda olduğunu etiraf edir. Əsas səhv patoloji laboratoriyanın məlumatında olub. Artıq ştat hökümət orqanları araşdırmaya başlayıb.
Səhiyyə naziri Bred Hazaar xəstəxananı pasiyent və ailəsinə maksimum dəstəyi və müalicəni göstərməyi tələb edib.
Hələ ki, pasiyentin anonimliyi qorunur. Bu əməliyyatın onun səhhətində hansı problemlər yaradacağı da sual altındadır. Xəstəxana 2018-ci ildə açılıb, yarı dövlət, yarı özəl tipli müəssisədir.