17 mart 2025-ci il tarixində Başkent Universiteti Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə səhiyyə xidmətlərinə aid təlim keçiriləcək.
“Medicina” xəbər verir ki, Səhiyyə xidmətlərinin marketinqi və qlobal arenada inkişaf strategiyaları adlı təlimdə səhiyyə sistemi üçün yeni marketinq strategiyaları və rəqabətdə üstünlük metodları təqdim ediləcək.
Təlimçilər Başkent universitetinin Təhsil və Məsləhət xidmətləri üzrə Mərkəzin direktoru, BEDAM rəhbəri, prof.dr. Feride Bahar
Başkent Universitetinin Beynəlxalq Təhsil və xəstə Departamentinin müdiri, Amerikan Səhiyyə İdarəçiləri kollejinin üzvü və Başkent universitetinin Bakı şöbəsinin rəhbəri dr. Turxan Namazovdur.
Qeydiyyat və məlumat üçün əlaqə:
077 521 33 63