"Azərbaycanda həkimlər həkimlikdən çox blogerlik edirlər. Belə reklamla pasiyent qazanmaq olmaz "
"Medicina" xəbər verir ki, aparıcı Rövşanə Bektaşi yenidən həkimləri tənqid edib.
"Bəzi həkimlər başını aşağı salıb, işləməkdən çox blogerliyə üstünlük verirlər. \Cərrahlar əməliyyatdan sonra xəstə ilə maraqlanmırlar. Kobud həkimlər görmüşəm...
Başınız üzərində işləyin. Bu, hər həkimə aid deyil. Blogerliyin də dərəcəsi var. Bir-birinizi təqlid edirsiniz. Çıxıb telefon qarşısında atdanıb düşür, oynayırsız. Pasientim artacaq deyə bunu etməyin. Ən gözəl reklam elə xəstənin özüdür".