Alman həkimləri trombozun bəzi nəzərə çarpmaz əlamətlərini açıqlayıb, hansı ki, xəstələr onları başqa xəstəliklərlə səhv salır.
Medicina.az xəbər verir ki, tromboz zamanı xəstə dərhal həkimə və yardıma müraciət etməzsə, letal sonluq ola bilər.
Tromboz adətən çox vaxt ayaq venalarında olur.
Əsas simptomlar: ayaqda ağrı, əzələ ağrısı, qıcolma, uyuşma, ayaqların gah soyuyub gah istiləşməsi, isti qan axıntısı hissi, bir sahədə qızarma.
Qəfildən venanın trombla tutulması zamanı qan dövranı pozulması yaranır, ürəyə qan normal getmir, təngnəfəslik, tənəffüsdə çətinlik və huşun itməsi baş verir.
Bu simptomlarda xəstə dərhal müvafiq xəstəxanaya, radioloji invaziv cərraha çatdırılmalıdır.
Almaniyalı həkimlər ağır gedişli koronavirusun da tromboza səbəb olduğunu bildirib.
Ona görə xəstələr sağaldıqdan sonra mütləq tromboza görə yoxlanıb, analiz verməlidir.