Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Orqanlarını bağışlayacaqdılar, son anda komadan ayıldı/VİDEOHəkimlər şoka düşdü

  • 2018.05.10 10:14
  • 18361 Baxış
 - Orqanlarını bağışlayacaqdılar, son anda komadan ayıldı/VİDEO Həkimlər şoka düşdü
ABŞ-da möcüzə sayıla biləcək hadisə baş verib. 


Medicina.az Moderator.az-a istinadən xəbər verir ki, 13 yaşlı Terenton Makinli ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilir. Dörd dəfə kliniki ölüm keçirən azyaşlının yaşaması üçün həkimlər əllərindən gələni etsə də, heç bir nəticəsi olmayıb. Terentonun komadan ayılmadığını görən həkimlər uşağın valideynlərinə bildiriblər ki, Terentonun orqanlarının  ehtiyacı olan beş nəfərə verilməsi üçün razılıq imzalasınlar. 


Bundan sonra Terenton komadan ayılır və həm həkimlər, həm də valideynlər şoka düşürlər. Həkimlər tibb aləmində heç vaxt belə halla qarşılanmadıqlarını bildiriblər. Həkim heyyəti baş verənləri möcüzə adlandırıb.


Uşağın anası Cenifer baş verənlərin Allahın işi olduğunu bildirib: "Mən bilirdim ki, Terentonun orqanlarını ehtiyacı olan beş nəfərə versəydim, o, məndən inciməzdi. Baş verənlər Allahın işi idi. İndi artıq oğlum həyata qayıdıb, yaşayır. İdmanla da məşğul olur. İstəyir ki, bir müddət sonra məktəbinə davam etsin.